Ana səhifə Planet |
Rusiya daha 400 min səfərbər olunmuş hərbçi üçün texnika və digər lazım olanları təmin edə bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Vaşinqton Post”un Rusiyanın gizli səfərbərliyə hazırlaşması ilə bağlı məqaləsini şərh edərkən deyib.
“Putinin hərbi müşavirlərin 400 min hərbçinin gizli səfərbərliyə cəlb edilməsi ilə bağlı təklifini dəstəkləməsi barədə məlumat yayırlar. 400 min canlı qüvvə nə deməkdir, əziz dostlar? Bu, 500 batalyon taktiki qrupudur. 500 batalyon nə deməkdir? Bu, 5500 tankdır, 16 min 500 zirehli döyüş maşınıdır; bu, 6 min artilleriya və reaktiv yaylım atəşi sistemidir. Rusiya bütün bunların hamısını təmin edə bilərmi? Xeyr. Bəs onda, Putin nəyi dəstəkləyib?” - deyə ekspert bildirib.
Tarix
2023.04.28 / 08:30
|
Müəllif
Axar.az
|