Yuxarı

Stalin dövründən dəhşətli fakt - Adamyeyənlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalin dövründən dəhşətli fakt - Adamyeyənlik

Adamyeyənlik - hannibalizm haqda danışanda ilk olaraq Afrikada yaşayan qəbilələr ağıla gəlir.

Axar.az bildirir ki, adamyeyənlik tarixin müxtəlif dövrlərində gözlənilməz yerlərdə özünü göstərib. Məsələn, insanların çoxu Sovetlər Birliyi ilə adamyeyənliyin heç bir əlaqəsi olmadığını düşünür. Ancaq Timozi Snayderin "Bludlənds" kitabında yer alan fikirlərə görə, adamyeyənlik Stalin dövründə Ukraynada özünü göstərib. Yüzlərlə insan qonşusunu, hətta ailə üzvlərini yeməkdə günahlandırılıb.

Elm göstərib ki, başqa bir insanın beynini yemək kuru adlanan ölümcül sinir sistemi xəstəliyinə səbəb olur. Yeni Qvineyada Fore qəbiləsinin inanclarına əsasən,onlar öz qohumlarının ətini yeyərək ruhlarını təmizləyirlər. Bunun nəticəsində də minlərlə Fore qəbiləsinin üzvü kuru xəstəliyindən həyatını itirib.

Adamyeyənlik haqqında bir neçə sual tarixçilər üçün belə maraqlıdır. "Nə zamandan başlayıb?", "Harada yayılıb?" kimi suallar hələ də cavabını gözləyir. Fransız yazıçı Monten 1500-cü ilin sonlarında qələmə aldığı "Hannibal" əsərində adamyeyənlikdən yazıb. Əsərdə Tupi qəbiləsi əsirləri yeməzdən əvvəl onlarla bir neçə ay bir yerdə yaşayır, hətta əsirlər yeyilmədən əvvəl əyləndirilirmiş.

Adamyeyənlik yaxın zamanlaradək Amerikada da olub. Bir çox insanın fikrincə, adamyeyənlik daha çox inkişaf etməmiş ölkələrdə ortaya çıxıb. Lakin adamyeyənliyin Amerika tarixinin bir parçası olması bu fikri təkzib edir. 2013-cü ildə arxeoloqların apardığı araşdırmalar nəticəsində Ceymstaunda adamyeyənliyə aid faktlar tapılıb: 1609-cu ildə 14 yaşlı bir qız uşağının qaçqınlar tərəfindən yeyilməsi faktı onun sümüyündə aparılan tibbi ekspertizadan sonra üzə çıxıb.

Orta əsrlərdə Avropada adamyeyənliyin müalicəvi xüsusiyyətinin olduğunu düşünürdülər. 1600-1800-cü illərdə Almaniyada edam olunanlardan qalan parçaları dərman kimi satırdılar. İnsan bədənindəki yağların sümük sınmasına, burxulmalara və ağrılara yaxşı təsir göstərdiyi hesab edilirdi.

Tarix
2015.12.03 / 09:09
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla