Yuxarı

Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis

Azərbaycanda “Roblox” və “PubG” onlayn oyunlarının qadağan olunacağı ilə bağlı xəbərlər dolaşmaqdadır.

Mütəxəssislərin fikrincə, “PubG” oyunu uşaqlarda aqressiya və yuxu pozuntularına səbəb olur, “Roblox” platforması isə onların tanımadıqları yetkin şəxslərlə ünsiyyətə girməsi riskini artırır.

Bəs uşaqları bu yolla qorumaq mümkün olacaqmı?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a danışan İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, problemə sistemli yanaşma lazımdır.

Onun sözlərinə görə, əsas məsələ nəticələrin deyil, səbəblərin aradan qaldırılmasıdır:

“Bu cür oyunların yaradılması və onların üzərindən uşaqlara manipulyasiya edilməsi və digər məqsədlər - bunların hamısı nəticədir.

Uşaq necə olur ki, asudə vaxtını bu cür keçirə bilir? Uşaqların asudə vaxtının təşkili, onların rəqəmsal mühitdə necə davranmalı olduqları, hansı rəqəmsal platformaların təhlükəli, hansılarında isə vaxt keçirməyin mümkünlüyü ilə bağlı maarifləndirici işlər aparılmalıdır.

Bu işlər həm məktəblər tərəfindən, həm də cəmiyyət daxilində həyata keçirilməlidir. Burada əsas yük valideynlərin üzərinə düşür. Valideynlər rəqəmsal mühitdə övladlarının fəaliyyətini nəzarətdə saxlamalıdırlar.

Bu qadağa ilə bir sayt bağlanacaq, beşi açılacaq, beşi bağlanacaq, onu açılacaq. Yəni bu cür mübarizə üsulu effektiv deyil. Effektiv olan maarifləndirmə tədbirləridir”.

Tarix
2026.04.29 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla