Yuxarı

Batyanın səhhəti pisdir: İndi də Belarusda savaş başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Lukaşenkonun sağlamlığında yaranan problemlər fonunda Lukaşenkosuz Belarusda siyasi proseslərin inkişafı istiqaməti ciddi suallar doğurur.

Təbii ki, belə vacib hadisə birmənalı olaraq "game changer" (prosesin istiqamətinin kəskin dəyişməsi) rolunu oyanayacaq, amma əsas sual “dəyişkliyin hansı istiqamətdə” olmasıdır.

Mümkün olan 2 ssenari var:

- Qərb və Ukraynanın siyasi dəstəyilə Belarus xalqı küçələrə çıxır və hakimiyyəti ələ alaraq Svetlana Tixanovskayanı hakimiyyətə gətirir. Belarus avtomatik olaraq Rusiya ilə bütün əlaqələri kəsərək qərbyönlü siyasi xətt seçir;

- Rusiyanın total nəzarətində olan Belarus güc strukturları vahid namizəd seçərək hakimiyyət tranziti həyata keçirir və Rusiyaya daha loyal (Lukaşenko təcrübəsi və siyasi nüfuzu sayəsində hansısa balans qorumağa çalışırdı, misal üçün, Putin dəfələrlə Lukaşenkodan Belarus SQ-nin müharibəyə qatılmasını xahiş etsə də, Lukaşenko bu təklifi rədd edib) namizədi dövlətin başına gətirilir. Bu halda Belarus artıq birmənalı və qeyd-şərtsiz olaraq Rusiyanın vilayətinə çevriləcək.

Buna oxşar hadisə Belarusun xarici işlər naziri Makeyin ölümündən sonra baş vermişdi. Makey Lukaşenko və Qərb arasında körpü rolunu oynayırdı və bu faktor Belarus üçün çox önəmliydi.

Makey müəmmalı şəkildə öləndən sonra Belarus xarici işlər naziri vəzifəsinə rusyönlü Sergey Aleynik təyin olunub və Lukaşenkonun Qərblə son körpüsü yandırılıb.

Tarix
2023.05.28 / 13:50
Müəllif
Kamran Cəfərov
Şərhlər
Digər xəbərlər

Ukrayna qoşunları bu istiqamətdə irəlilədi

Hakan Fidandan Ankarada kritik görüşlər

İtaliyada dəhşətli qəza: matəm elan olundu

Fransa İrəvanın Putinlə bağlı qərarını alqışladı

Türkiyə terrorçulara növbəti hava zərbəsi endirdi

O, spiker olsa da, olmasa da, yardım dayanmayacaq

Türkiyədə əməliyyat: 928 nəfər saxlanıldı

Leyen Ermənistanın qərarını alqışladı

Serb qüvvələri geri çəkildi - ABŞ

Feysbuk və İnstaqram pullu olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla