Yuxarı

Ərdoğan Putinlə danışdı - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

Axar.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair müzakirələr aparılıb. Kaxovka SES-in bəndinin partladılması ilə bağlı heç bir şübhəyə yer qoymayacaq əhatəli təhqiqat aparılmasının önəmini qeyd edən Ərdoğan Türkiyənin bununla əlaqədar üzərinə düşəni etməyə hazır olduğunu deyib.

Türkiyə lideri taxıl sazişinin qlobal qida böhranının qarşısının alınmasında həyatı rol oynadığını diqqətə çatdırıb, həmçinin Rusiya taxıl və gübrəsinin ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün göstərilən cəhdlərin fayda verdiyini bildirib.

Türkiyənin ədalətli sülhün bərqərar olması istiqamətində səy göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Ərdoğan döyüşlərin sona çatması üçün hər cür dəstək verməyə hazır olduğunu söyləyib.

Tarix
2023.06.07 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla