Yuxarı

Putinin dostunun Avropada gizli mülkləri aşkarlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin dostunun Avropada gizli mülkləri aşkarlandı

Avropada Rusiya Prezidenti Vladimir Putinin dostu, milyarder Arkadi Rotenberqin ailəsinə məxsus 7 villa və mənzil aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Vajnıye stori” saytı Rotenberq ailəsi ilə əlaqəli “Evocorp” şirkətinin məktublarına istinadən məlumat yayıb.

“İtaliyanın Sardiniya adasındakı Porto Çervo kurortunda 495 metrlik əhatə edən villanın qiyməti 10,4 milyon avrodur. Bunun yanında Rotenberq qardaşlarına məxsus olan daha iki villa da var. Hər iki villaya sanksiya tətbiq olunub. İtaliya hakimiyyəti Rotenberqlərin 30 milyon avro dəyərində əmlakını əngəlləməyə müvəffəq olub. Onların Sardiniyanın paytaxtı Kalyaridəki bir mənzili, Villasimius kommunasında bir villası, Tarquiniadakı kilsəsi və Romadakı bir oteli, həmçinin şirkətin səhmləri və bank hesabları dondurulub. Fransanın Vilfranş-syur-Mer qəsəbəsindəki Kot d'Azurdakı villa da sevgilisi Mariya Borodunova vasitəsilə Arkadi Rotenberqə məxsusdur. O, evi 2013-cü ildə 4,25 milyon avroya alıb. Boris Rotenberqin Fransada atçılıq mərkəzi, Ezedə iki villası və bir mənzili var. Bundan əlavə, oliqarx Kot d'Azurda iki torpaq sahəsi və təyyarə anqarı alıb. Monakoda Arkadi Rotenberqin “Sun Tauer”də, şəhərin tam mərkəzində 400 metr ərazisi olan mənzili var.

Onun Riqada hər birinin qiyməti 200 min avro olan iki mənzili də var. Avstriyada Arkadi Rotenberq Kitzbühel xizək kurortunun yaxınlığında yerləşən ikimərtəbəli evə sahibdir. Yerli sakinlər bu villada tez-tez Rusiya Prezidentinin qızı Mariya Vorontsovanı gördüklərini bildirirlər. Ev 2013-cü ildə 10,8 milyon avroya alınıb. Oliqarxların daha bir villası İspaniyada yerləşir. 2013-cü ildə Boris Rotenberqin həyat yoldaşı Karina onu 9 milyon avroya alıb”, - məlumatda deyilir.

Tarix
2023.06.23 / 10:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla