Yuxarı

Həyəcan təbili: Rusiya terror hücumlarına hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyəcan təbili: Rusiya terror hücumlarına hazırlaşır

Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikovdan xəbərdarlıq teleqramı alıb.

Publika.az xəbər verir ki, sənəddə Rusiyada terror aktlarının təhlükəsi haqqında bildirilir.

Tuleyevin sözlərinə görə, teleqramda Milad bayramı ərəfəsində terror təhlükəsinin arta biləcəyi barədə narahatlıq ifadə olunub.

"Rusiyanın ərazisinə artıq dəqiq hədəfləri olan terrorçular daxil olmağa başlayıblar. Onların məqsədi məhz Yeni il bayramları ərəfəsində insanların kütləvi toplandığı yerlərdə terror aktları təşkil etməkdir", - regionun başçısı qeyd edib.

Qubernator bildirib ki, terror aktları barədə teleqramı ilk dəfədir alır: "Açıq deyirəm, belə bir həyəcanlı teleqramı ilk dəfədir alıram".

Amma analoji teleqramları daha əvvəllər Rusiyanın Sibir subyektlərinin bütün rəsmi hakimiyyət orqanları alıb.

Rusiya mediasının yazdığına görə, Bortnikov ötən həftə terror təhlükəsi ilə mübarizə haqqında hesabat verərkən Yeni il bayramları dövründə mümkün terror aktlarından danışmayıb.

Qeyd edək ki, bu il oktyabrın 14-də İŞİD Rusiyaya qarşı cihad elan edib. İŞİD Əl Qaidə və digər qruplaşmaları Rusiyaya qarşı birləşməyə çağırıb.

Tarix
2015.12.22 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla