Yuxarı

İki siyasi fəal edam edilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki siyasi fəal edam edilib

İranın Xuzistan vilayətində gizli edam həyata keçirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, iki məhbus siyasi fəaliyyətinə görə dara çəkilib. Bunlar Əhvaz şəhərinin mərkəzi Karun həbsxanasında saxlanılan Çəmran Universitetinin magistri, şair, blogger və ərəb dili və ədəbiyyatı müəllimi Haşim Şabaninejad və kimya müəllimi, tətbiqi kimya ixtisası üzrə magistr Hadi Raşididir.

Onlar 2011-ci ildə Əhvaz şəhərində 2005-ci ildə baş vermiş hadisələrin ildönümü münasibətilə keçirilmiş aksiyalar zamanı həbs ediliblər. Əhvaz İnqilab Məhkəməsinin ikinci şöbəsi məhbusları Allaha qarşı müharibədə, hakimiyyət əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə xələl vurmaqda günahlandıraraq edam cəzasına məhkum edib. Qərar İran Ali Məhkəməsinin 32 şöbəsi tərəfindən də təsdiqlənib.

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 29-da hər iki ərəb fəalın ailələrinə onların 3-4 gün əvvəl dəfn edildiklərini və dəfn olunduqları yeri söyləyəcəklərini bildiriblər.

Tarix
2014.01.30 / 08:40
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla