Yuxarı

Yaponiya ABŞ-la birgə Çinə qarşı müharibəyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiya ABŞ-la birgə Çinə qarşı müharibəyə hazırlaşır

Yaponiyadakı siyasi qurumlar arasında ölkənin Tayvan müharibəsinə fəal şəkildə hazırlaşması və Çinə qarşı ABŞ-la birlikdə ada dövlətini müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək istəyi artır.

Axar.az xəbər verir ki, bu barədə Böyük britaniyalı köşə yazarı Conatan Sakstinin məqaləsində bildirilib.

Belə ki, o, hələ də hakim partiyanın nüfuzlu həmsədri olaraq qalan Yaponiyanın keçmiş baş naziri Taro Asonun son bəyanatına diqqət çəkib.

Aso xəbərdarlıq edir ki, Yaponiya ABŞ və digər müttəfiqləri ilə birlikdə Tayvanı müdafiə etmək üçün aydın və birmənalı qətiyyət nümayiş etdirməlidir.

Saksti qeyd edir ki, müasir Yaponiya xüsusilə pasifizmi ilə tanınır, lakin Çindən artan təhlükə hissi Yaponiya siyasətinin dünyagörüşünün köklü şəkildə dəyişməsinə səbəb olub. Dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan Yaponiya müdafiə büdcəsini kəskin şəkildə artırmaq qərarına gəlib və yaxın illərdə bu göstəricidə də dünyada üçüncü yerə yüksələ bilər.

O qeyd edir ki, Tayvan "birinci adalar silsiləsi" adlandırılan dövlətin mərkəzidir. ABŞ-a dost ölkələr (o cümlədən Yaponiya və Filippin), şərti olaraq Çinin Sakit okeana ekspansiyasına qarşı ilk müdafiə xəttidir.

Tarix
2023.08.11 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla