Yuxarı

Yunanıstan Rusiya ilə bu müqaviləni ləğv edir - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstan Rusiya ilə bu müqaviləni ləğv edir - KİV

Yunanıstan Rusiya ilə zenit-raket komplekslərinin texniki xidmətinə dair müqaviləni ləğv edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Pronews.gr" saytı məlumat yayıb.

“Yunanıstan Silahlı Qüvvələrində Rusiya silah sistemlərinin dövrü başa çatıb. Hökumət silah dəstəyi proqramından imtina etmək və yeni dəstək müqavilələri imzalamamaq qərarına gəlib. Parlamentdən sızan çox məxfi sənəddə müdafiə naziri Nikos Dendias yaxınmənzilli “Tor-M1” və köhnə OSA zenit-raket sistemləri üçün yeni dəstək müqavilələrinin, yəni ehtiyat hissələrinin və xidmətlərin satın alınmayacağını bildirib”, - sayt yazıb.

Eyni zamanda vurğulanıb ki, mövcud ehtiyat hissələri sistemləri cəmi bir neçə ay təmin edə bilər:

“Nazirlik mövcud müqaviləni belə yerinə yetirmir. Ehtiyat hissələrinin sayının da çox az olduğunu fikirləşsək, müqavilənin tam ləğvi üçün geri sayıma başlandığını düşünə bilərik. Buna baxmayaraq, sözügedən silahlar Egey dənizindəki adalarda yerləşdirilib. Sistemlər köhnədir, lakin müdafiə xəttini hücumlardan, helikopterlərdən, PUA-lardan qorumaq üçün hələ də etibarlıdır”.

Tarix
2023.08.26 / 10:58
Müəllif
Samir Soltanov
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla