Yuxarı

Türkiyə MİT-i Suriyada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə MİT-i Suriyada

Sankt-Peterburqda baş tutmuş G-20 zirvə toplantısında müzakirə edilən əsas məsələlərdən biri hazırkı Suriya rejiminin vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsidir.

Rəsmi proqrama daxil olmasa da, ABŞ prezidenti Barak Obamanın toplantıya ev sahibliyi edəcək Rusiya Federasiyası prezidenti Vladimir Putinin və Türkiyənin baş naziri Ərdoğanın görüşündə əsas müzakirə mövzusu Suriyaya hərbi müdaxilədir.

Türkiyə Baş Nazirliyindən "Hürriyet" qəzetinə sızan xəbərə görə, G-20 zirvə toplantısından əvvəl Türkiyə, ABŞ və Rusiya arasında Suriya ilə bağlı davamlı kəşfiyyat məlumatlarının paylaşımları olub. Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) əldə etdiyi faktlara görə, Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi məsələsi sübut olunub və bu faktlar ABŞ və Rusiya xüsusi xidmət orqanları ilə paylaşılıb. Putinin son günlər Suriya ilə bağlı verdiyi açıqlamalarda yumşaldığı da məhz bu amillə əsaslandırılır.

Xatırladaq ki, Putin dünən mətbuata verdiyi açıqlamada bildirib ki, Suriya rejiminin kimyəvi silahdan istifadə etməsi sübuta yetirilərsə, BMT-nin hərbi müdaxilə ilə bağlı verəcəyi qərara qarşı çıxmayacağıq.

Tarix
2013.09.05 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla