Yuxarı

Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı

ABŞ-ın Səudiyyə Ərəbistanının edam etdiyi şiə din alimi Şeyx Nimr ilə 2008-ci ildə görüşdüyü üzə çıxıb.

Axar.az xəbər verir ki, bu, "Vikiliks"in əldə etdiyi sənədlərdə yer alıb. Lakin sənədlərdə Nimr ilə görüşən adamın adı qeyd edilməyib. ABŞ rəsmisi ilə görüş zamanı Şeyx Nimr iranyönlü biri olduğunu rədd edib və xaricdən gələcək istənilən yardımları qəbul edəcəyini bildirib.

Bundan əlavə, şiə alimi Səudiyyə Ərəbistanı hökumətinin yalnız xalqın reaksiyası ilə dəyişə biləcəyini deyib. O, şiələrin ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqi ola biləcəyini, rəsmi Vaşinqton kimi ədalət və azadlıq anlayışlarına inandığını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrinin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.

Tarix
2016.01.04 / 12:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla