Yuxarı

Baş nazirdən Zelenskiyə: Bir də bizi təhqir etmə!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinə demək istəyirəm ki, bir daha polyakları təhqir etməsin.

Axar.az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski Ukrayna lideri Vladimir Zelenskinin BMT Baş Assambleyasındakı Polşaya qarşı tənqidi çıxışına reaksiya verərkən deyib.

Moravetskinin sözlərinə görə, Ukraynada Avropanın təhlükəsizliyi üçün müharibə gedir və buna görə də Polşa silah təchizatında kömək edir:

“Prezident Zelenskiyə demək istəyirəm ki, bu yaxınlarda BMT-də etdiyi kimi, bir daha polyakları təhqir etməsin, polyaklar buna imkan verməyəcəklər. Polşanın yaxşı adını qorumaq təkcə mənim borcum və şərəf deyil, həm də ən vacib vəzifədir. Biz hazırkı geosiyasi kontekstdə bütün arqumentlərimizi müdafiə edəcəyik və bu arqumentlərin necə əsaslandırılmasını lazım olduğunu bilirik”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, sentyabrın 15-də Polşa birtərəfli qaydada Ukraynanın kənd təsərrüfatı məhsullarına embarqo qoyub. BMT Baş Assambleyasında çıxış edən Prezident Vladimir Zelenski Polşanın bu addımını şərh edərək, “Avropadakı bəzi dostlarımız siyasi teatrda həmrəylik nümayiş etdirirlər və taxıl üzərində triller yaradaraq Moskva aktyorlarına səhnə üçün yardım edirlər” - deyib.

Tarix
2023.09.23 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla