Yuxarı

ABŞ Zeynalova ilə bağlı qərar verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Zeynalova ilə bağlı qərar verdi

ABŞ-da erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında Nyu York əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Nyu York əyalətinin prokurorluğu erməni təxribatçının şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-ın Nyu York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu York polisi tərəfindən saxlanılan həmyerlimiz Cinayət Məcəlləsinin beş maddəsi ilə, o cümlədən Ermənistandan olan Meri Çebonyana üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edilirdi. Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Xoyi Abbas təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı şikayət üzrə prosesin davamını Nyu Yorkda fəaliyyət göstərən azərbaycanlı vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb. Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər prokurorluğa təqdim edib. Nyu York əyalətinin prokurorluğu toplanan dəliləri araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib və onun günahsız olduğunu təsdiqləyib.

Tarix
2023.10.01 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

Gəmi kapitanının axtarışı davam etdirilir - XİN

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla