
Ukrayna üçün vəziyyət yaxşı deyil - Vens
09:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.
Bildirilib ki, Niderland hakimiyyəti hələ iyun ayında oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq barədə qərar vermişdi.
Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.
Qeyd edək ki, Qroningen yatağı 1959-cu ildə kəşf edilib.
Tarix
2023.10.01 / 21:15
|
Müəllif
Axar.az
|