Yuxarı

Rusiyadan ağır silahlar almışıq - Hizbullah

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ağır silahlar almışıq - Hizbullah

Suriyada Bəşər Əsədə sadiq qüvvələrlə birgə döyüşən Hizbullah komandanları Rusiyadan ağır artilleriya silahları aldıqlarını etiraf ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Deyli Bist" qəzeti məlumat yayıb.

Bildirilib ki, Hizbullah qruplaşması Rusiyadan uzaqmənzilli və lazer şüalı raketlər, o cümlədən müxtəlif modeldə tanklar alıb.

Bəkir adlı Hizbullah komandanının bildirdiyinə görə, hazırda Hizbullah ilə Rusiya Yaxın Şərqdə ən yaxın müttəfiqdirlər. O qeyd edib ki, Rusiyanın Latakiyada hava hücumlarına başlaması Hizbullahın buradakı mövqeyini gücləndirib:

"Latakiyada vəziyyətimiz çox çətin idi. Lakin Rusiyanın müdaxiləsi hər şeyi asanlaşdırdı. Rusiya hərbi hava qüvvələri bizim kəşfiyyat yolu ilə əldə etdiyimiz məlumatlara uyğun hədəfləri seçirlər. Məxfi məlumatlarımız olmasa, rus qırıcıları hərəkət edə bilməz".

Hizbullah komandanı Əsəd hökumətinin İran, Rusiya və Hizbullah arasında koordinasiya qurduğunu açıqlayıb.

Tarix
2016.01.11 / 21:44
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla