
Ukrayna üçün vəziyyət yaxşı deyil - Vens
09:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində terrorçuluqda şübhəli bilinən 900-dən çox insan saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “Qəhrəmanlar” əməliyyatı ilə bağlı açıqlamasında deyib.
“64 əyalətdə keçirilən “Qəhrəmanlar” əməliyyatı çərçivəsində 928 nəfər saxlanılıb, 744 dövlət qeydiyyatı olmayan silah müsadirə edilib”, - nazir açıqlamasında bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terakt törətməyə çalışan terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.
Tarix
2023.10.04 / 00:15
|
Müəllif
Axar.az
|