Yuxarı

İtaliyada dəhşətli qəza: matəm elan olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:24

İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində turistləri daşıyan avtobusun yerüstü keçiddən aşması nəticəsində azı 21 nəfər ölüb.

Axar.az xəbər verir ki, “La Linea” şirkətinə məxsus avtobus dəmir yolu xətti üzərindəki yerüstü keçiddə hərəkətdə olarkən təxminən 10 metr hündürlükdən aşağı düşüb və yanğın baş verib. Hadisə nəticəsində ikisi uşaq olmaqla, azı 21 nəfər ölüb, 12 nəfər yaralanıb, bir neçə nəfər itkin düşüb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri qəzanın başvermə səbəblərini araşdırır.

İtaliyanın Baş naziri Corciya Meloni hadisəyə görə narahatlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

İtaliya Prezidenti Sercio Mattarella isə Venesiya meri Luici Bruqnaro ilə telefon danışığı zamanı hadisənin təfərrüatı barədə məlumat alıb.

Ağır yol qəzasına görə Venesiyada matəm elan edilib.

Tarix
2023.10.04 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla