Yuxarı

Türkiyə və Türkmənistan razılaşdı: 13 müqavilə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və Türkmənistan razılaşdı: 13 müqavilə...

Türkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artırmaq barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ankarada keçirilən biznes forumda çıxışı zamanı deyib.

"Biz Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bu tranzit sahəsində əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarşılıqlı maraqlara uyğun olaraq yeni istiqamətlər yaradıla bilər”, - S.Berdiməhəmmədov bildirib.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir. Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.

Bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.

Tarix
2023.10.26 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla