Yuxarı

460 uşağın dərsə davamiyyəti bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
460 uşağın dərsə davamiyyəti bərpa edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1349 məktəbə səfər edilib.

Axar.az xəbər verir ki, Agentlik və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində 2023-cü ildən həyata keçirilən bu xidmət çərçivəsində çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji iş həyata keçirilir.

Ötən dövrdə 5399 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb. Vəziyyəti daha riskli hesab olunan 2036 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib. Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, risk qrupuna aid 460 uşağın dərsə davamiyyəti bərpa olunub.

Baxımsız, kimsəsiz uşaqlar isə Agentliyin müvafiq Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, nitq və ünsiyyət çətinliyi olan 123 uşaq loqopedik xidmətlərə cəlb edilib. 124 ailə Nazirliyin tabeliyində fəaliyyət göstərən müvafiq qurumlara yönləndirilərək sosial problemlərinin həllinə dəstək göstərilib.

Eləcə də qeyd edilən dövr ərzində Bakı və regionlarda yerləşən 190-a yaxın ümumtəhsil müəssisəsində müxtəlif mövzularda (uşaq hüquqları, ailə dəyərləri, erkən nikah, məişət zorakılığı, zərərli vərdişlər, psixi sağlamlığın qorunması və s.) maarifləndirici görüşlər təşkil olunub.

“Təhsildə sosial iş” xidməti çərçivəsində aparılan işlər uşaqlara diqqət və qayğının təşviq olunmasını, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınmasını, bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir.

Tarix
2026.05.12 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla