Yuxarı

Qətər əmiri Rusiyada nə danışıb? - Gizli məqamlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətər əmiri Rusiyada nə danışıb? - Gizli məqamlar

Qətər Rusiyanın Suriya böhranının həllində əsas rola malik olduğunu anlayır. Bu səbəbdən siyasi həll yolu üçün Rusiya ilə əlaqələri qoruyub saxlamağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri ərəb dünyanısın tanınmış tarixçisi və politoloqu Bəşir Nafi Qətər əmiri Hamid ibn Xəlifə əl Saninin Rusiya səfərini şərh edərkən deyib.

O bildirib ki, hazırda Suriya məsələsi ilə bağlı dövlətlər arasında böyük problemlər yaşanır:

"Rusiya Suriyada rejimə dəstək olaraq bir sıra uğurlar qazanıb. Lakin Rusiya anladı ki, hərbi müdaxilə böhranı həll etməyəcək. Çünki müxaliflər bir çox bölgəyə nəzarət edir və durum çox qarışıqdır. Rusiya münaqişə tərəfləri arasında əlaqə yaradılmasının vacibliyini anlayır. Digər tərəfdən, Suriya böhranının həllində Əsəd rejimi artıq həlledici rol oynamır. Burada əsas tərəflər bir yanda Rusiya və İran, digər yanda isə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdir. Artıq Suriya böhranı hər kəs üçün ciddi təhlükəyə çevrilib".

Bəşir Nafi onu qeyd edib ki, Qətər əmirinin bu səfəri Rusiya-Türkiyə əlaqələrinə də təsir edəcək. O, yaxın zamanlarda Rusiya-Türkiyə münasibətlərinin normallaşacağını deyib.

Tarix
2016.01.18 / 22:45
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla