Yuxarı

15 min 600 suriyalının orqanı çıxarılıb – Türkiyədə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 min 600 suriyalının orqanı çıxarılıb – Türkiyədə

Türkiyəyə gətirilən suriyalı yaralıların orqanları qara bazarda satılır. İddiaya görə, ürək, qaraciyər və böyrək kimi orqanlar Türkiyədə orqan nəqlinə ehtiyacı olan insanlara satılır.

"Axar.az" xəbər verir ki, bu barədə məlumatı Livanın "Safir" qəzeti yayıb. Qəzet Suriyada yanvar ayında başından yaralanan və Antakyadakı bir xəstəxanaya köçürülən 19 yaşındakı Əhməd Əbdülkərim Məhəmməd adlı gəncin ölümündən bir neçə gün sonra nümayiş olunan videoda Məhəmmədin qarın bölgəsinin əməliyyat edildiyini və qaraciyər, böyrək kimi əhəmiyyətli orqanların oğurlanmasının görüntüləndiyini iddia edib.

Livanda dərc olunan "Diyar" qəzeti də türk səlahiyyətlilərinin yaralanan gənc suriyalıları Antakya və İsgəndərunda olan müəyyən xəstəxanalara transfer etdiklərini bildirib. "Diyar" qəzeti xəstəxanalarda orqanları çıxarılan suriyalıların ölümlə baş-başa buraxıldığını, ölənlərin isə basdırılmaq üçün Suriya sərhəd bölgələrinə göndərildiyini yazıb.

Qəzet bundan əlavə türk həkimlərinin xəstəxanaya köçürülən 62 min yaralı suriyalıdan 15 min 600-ünün orqanlarının çıxarıldığını və basdırılmaq üçün Suriyaya geri göndərildiyini təsdiq etdiklərini bildirib.

Tarix
2014.02.06 / 18:48
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla