Yuxarı

Moskvanın Malyukla bağlı tələbinə Kiyevdən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya XİN-in Moskvada baş vermiş irimiqyaslı terror aktında Kiyevin əli olması ilə bağlı bəyanatını əhəmiyyətsiz adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Beynəlxalq hüquq normalarına, daha doğrusu, terrorizmə qarşı mübarizə haqqında konvensiyaya müraciət etməyə çalışan Rusiya Xarici İşlər Nazirliyi unudur ki, məhz Putin rəsmi olaraq beynəlxalq axtarışa verilib - xüsusən də onu ukraynalı uşaqların qaçırılmasına görə Haaqa Tribunalında gözləyirlər. Buçanın azad edilməsinin ildönümü və rusların orada törətdiyi vəhşiliklər fonunda terrorla bağlı bəyanatları xüsusilə terrorçu ölkənin özündən eşitmək çirkin görünür", - məlumatda deyilir.

Vurğulanıb ki, Rusiyanın diqqətəlayiq yeganə bəyanatı müharibədə məğlubiyyətin elan edilməsi və işğalçı qüvvələrin Ukraynadan çıxarılması ola bilərdi.

Qeyd edək ki, Rusiya XİN Krım körpüsünün bombalanmasını və digər terror aktlarının təşkilinin təfərrüatını etiraf edən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun həbsini və ekstradisiyasını rəsmi Kiyevdən tələb edib.

Tarix
2024.03.31 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla