Yuxarı

İran təhqir olundu: artıq mediası da “qisası” ələ salır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu hücumun nəticəsini müəyyənləşdirən əsas məsələ İranın İsrailə verəcəyi reaksiyasıdır ki, burda da əslində Tehranın çoxlu strateji alternativləri yoxdur. Əgər diqqət etsəniz görərsiz ki, bütün bu proseslərin Suriya torpaqlarında baş verməsinə baxmayaraq, hələ də İranın tərəfdaşı Bəşər Əsəd və Suriya hökuməti səsini çıxarmır. İrana Suriya torpaqları üzərindən cavab icazəsi vermir. Həmçinin əgər İran öz ərazisindən raket atışlarına başlasa, bu, bir növ İsrailə nüvə obyektlərini hədəf almağa icazə vermək deməkdir. Dəmir Qübbəni, “Peykan” və digər texnologiyaları nəzərə aldıqda, İran başa düşür ki, birbaşa mübarizə daha çox başağrısı gətirə bilər.

Axar.az xəbər verir ki, bunu iranlı siyasi fəal və ekspert Cabir Rəcəbi televiziyaya açıqlamasında deyib.

“İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu son 45 ilin ən mühüm əməliyyatlarından biridir. Həmçinin burada həlak olanlar tək SEPAH-ın Qüds qolunun yox, ümumilikdə bütün qurumun ali rütbəli şəxsləri idi. Məsələn, Rza Zahidi təkcə SEPAH-ın Suriya, Livan qolunun komandiri deyildi, demək olar ki, regionun bir çox yerindəki Qüds qüvvələrinin rəhbəri idi. Ancaq bu hücumu daha da əhəmiyyətli edən məqam onun kimi şəxslərin, xüsusilə də “mən İsraili məhv edəcəm” iddiasını səsləndirənlərin həlak olmasıdır. Belə ki, Zahidi Suriyada olduğu 4-5 il müddətində milyardlarla dolları proksi qüvvələrin hazırlanmasına sərf edib. O, bu qrupların böyüməsinə və Qasım Süleymaninin ölümündən sonra region qüvvələrinin idarəsinə nəzarət edirdi”, - o bildirib.

Ekspert vurğulayıb ki, İran parlament üzvünün səsləndirdiyi İsrailin Azərbaycandakı səfirliyini hədəf almaq mövzusu bir növ Pakistanda göstərilən reaksiyaya oxşayacaq:

“Bu ssenaridə də itirən İran olcaq. Əgər Tehran Təl-Əvivin Fars körfəzində, yaxud Ərəb Əmirliklərindəki konsulluqlarını vurmaq istəsə, Tehran üçün vəziyyət daha da ağırlaşacaq. Azərbaycanda etmək istəsə, bu dəfə də Türkiyə məsələsi gündəmə gələcək və İran tək qalacaq. Ötən gün İraq müqavimətinin İordaniyaya hücumu barədəki açıqlamalara baxdıqda aydın olur ki, tək bir yol qalır, o da böyük ehtimal yenə də proksi qüvvələrdən istifadədir. Amma bu dəfə İranın ən azından daha səs-küy gətirəcək bir əməliyyata ehtiyacı var. Çünki Tehran istər öz proksi qrupları, istərsə də tərəfdarları arasında çox təhqir olunmuş vəziyyətdədir. Hətta vəziyyət o yerdədir ki, yerli televiziyalar, “Səda” və “Sima” belə “ağır qisas”ı ələ salır. Mövzu indiyə qədər İsrail üçün “qazan-qazan” prinsipinə əsaslanırsa, İran üçün bu “itir-itir” situasiyası olacaq”.

Tarix
2024.04.02 / 14:43
Müəllif
Gülnar Fərhad
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla