Yuxarı

Hindistan əhalinin sayına görə dünyada ilk yerdədir - BMT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan əhalinin sayına görə dünyada ilk yerdədir - BMT

Hindistan əhalisinin sayına görə dünyada liderlik edir. Hazırda ölkədə əhalinin sayı 1,442 milyard nəfər təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun hesabatında deyilir.

Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

Hesabata görə, hazırda Hindistan əhalisinin 26 faizi 10-24 yaş arasındadır, gözlənilən ömür uzunluğu 2023-cü ildə doğulan kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilir .

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Bundan əlavə, ekspertlər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşə biləcəyini proqnozlaşdırırlar. Digər tərəfdən Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.

Tarix
2024.04.18 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla