Yuxarı

Putin bu əraziyə nüvə zərbəsi endirə bilər - Professor

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin bu əraziyə nüvə zərbəsi endirə bilər - Professor

İndi Ukraynadakı müharibə səbəbindən nüvə eskalasiyası ilə bağlı xəbərdarlıqlar getdikcə artır. Məlumdur ki, bəzi dövlətlər öz silahları ilə Rusiya ərazisinin vurulmasına icazə veriblər və Fransa Prezidenti Emmanuel Makronun ukraynalılara təlim keçmək üçün öz qoşunlarını göndərmək planları Rusiyanın cavab olaraq nüvə zərbəsi endirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Axar.az xəbər verir ki, bu barədə amerikalı professor Rajan Menon "Quardian" nəşrində yazdığı məqalədə bildirib.

Qeyd olunur ki, eskalasiya risklərini müəyyən etmək son dərəcə çətindir. Nüvə müharibəsi ilə bağlı proqnoz vermək mümkün deyil:

"Moskvanın yaxın çevrəsindən gələn bəyanatların dəyərini öyrənmək üçün də etibarlı yol yoxdur. Onlar Kremlin həqiqi inancları üçün etibarlı bələdçilərdirmi və buna görə Putinin əslində nə edə biləcəyini proqnozlaşdırmaq olarmı? Yoxsa bunlar Qərbi əsəbiləşdirmək və Ukraynanın NATO-nun verdiyi silahlarla nə edə biləcəyi ilə bağlı siyasətinə təsir etmək məqsədi daşıyan informasiya müharibəsinin bir hissəsidir?"

Professorun fikrincə, Vladimir Putinin ABŞ və ya Avropaya nüvə zərbəsi endirməyəcək, çünki bu, “intihar” olar.

O hesab edir ki, nüvə zərbəsi Qərbi Ukraynaya endirilə bilər, lakin bu da çox sayda insanın ölümünə səbəb olar.

Tarix
2024.06.11 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla