
Əgər 8 mayda Moskvaya zərbə endirə bilsək... - Ekspert
09:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Kanadada Monrealdan Madlen adalarına uçan "Mitsubişi MU-2B-60" tipli təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub.
Həlak olan şəxslər arasında Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer və ailəsi də olub.
Sabiq nazir atasının dəfn mərasiminə yollanırmış.
Təyyarənin eniş edən zaman qəzaya uğraması ehtimal olunur. İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
Kanadanın Baş naziri Castin Trüdo faciə ilə əlaqədar başsağlığı bildirib. "Jan Lapyerin Madlen adalarında qəfil ölümündən sarsıldım. Bu siyasi ictimaiyyət üçün böyük itkidir", - baş nazir qeyd edib.
Tarix
2016.03.30 / 09:44
|
Müəllif
Axar.az
|