Yuxarı

Türkiyədə İnstaqrama giriş bərpa olunacaqmı? - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə İnstaqrama giriş bərpa olunacaqmı? - Nazir

Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İnstaqram sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələsi barədə danışarkən deyib.

Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır:

“Mən birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq”.

Qeyd edək ki, Türkiyədə avqustun 2-i İnstaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, İnstaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.

Tarix
2024.08.10 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla