Yuxarı

Medvedyevdən Qərbə “gey zərbəsi” – Qanun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyevdən Qərbə “gey zərbəsi” – Qanun

Baş nazir Dmitri Medvedyev Rusiyadan olan kimsəsiz uşaqların xarici ölkələrə bircinsli cütlüklərin ailələrinə övladlığa verilməsini qadağan edən qanunu daha da sərtləşdirib.

"Axar.az"ın məlumatına görə, sənəd yalnız qanunvericiliyə uyğun, yetkin yaşına çatmış və fərqli cinsdən olan ailələrə imkan yaradacaq.

Sözügedən qanun layihəsinin müəllifləri hesab edir ki, qüvvəyə minəcək əlavə qadağalar rusiyalı uşaqların əcnəbilərə övladlığa verilməsindəki boşluqların qarşısının alınmasında və onların mənəvi ruhda böyüməsində əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, qanun ötən il iyunun 3-də Vladimir Putin tərəfindən imzalanıb. Sənədin imzalanmasından sonra Qərbdən Rusiyaya qarşı təzyiqlərə start verildi. ABŞ Dövlət Departamenti isə tənqidlərə daha geniş yer verərək, rəsmi Moskvanın belə addımını insan hüquq və azadlığına zidd saydı. Əlavə etdi ki, insanların seçim sərbəstliyinə hörmətlə yanaşılmalı, bütün dünyada biseksuallara, geylərə, lesbiyanlara və transseksuallara olan təzyiqlərə son qoyulmalıdır.

Bütün bunlara baxmayaraq, Moskva Patriarxlığı Prezident Vladimir Putinin imzaladığı qanunu zamanıda atılmış addım kimi səciyyələndirib.

Tarix
2014.02.13 / 16:02
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla