Yuxarı

Erməni analitik: "Bakıya görə İrəvandan imtina edildi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni analitik: "Bakıya görə İrəvandan imtina edildi"

Ermənistan mediasının Rusiyaya qarşı hücumları davam edir.

Axar.az xəbər verir ki, bu barədə danışan erməni analitik Aykazn Qaqriyan Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə də reaksiya verib.

Qariyan Ermənistanın Rusiyadan "incidiyini" bildirib və ənənəvi erməni düşüncəsinə sadiq qalaraq, Rusiyanın ermənilərin işğal altında saxladığı Azərbaycan torpaqlarına açıq müdaxilə etməməsini qınayıb.

Erməni analitik hakimiyyəti Avrasiya İqtisadi Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurmağa da çağırıb.

Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının 12-13 apreldə Moskvada keçiriləcək toplantısına yollanan Ermənistan Baş naziri Ovik Abramyanın səfərini şərh edən Qaqriyan bu addımın hər bir şeyin mahiyyətini açdığını bildirib:

"Məlum olduğu kimi, bu iclas İrəvanda keçirilməli idi, ancaq Qazaxıstana görə bu görüş təxirə salındı və Moskvada təyin edildi. Səbəb isə Azərbaycandır, baxmayaraq ki, bu ölkə təşkilatın üzvü deyil. Abramyan Medvedyevlə görüşün gedişatında bildirdi ki, iclasın yerini dəyişmək qərarı əsassız idi. Bu gün mətbuatda bu barədə informasiya getdi ki, Ermənistanın qarşısında üç variant var. Ya Abramyan gedir və sərt bəyanat verir, ya onun müavini Vaçe Qabrielyan gedir, sərt bəyanat verir, ya da Ermənistan iclasda iştirak etmir. Üçüncü variant sıradan çıxarıldı, budur, Ermənistan baş naziri artıq Moskvaya gedir, bəyanat verməsinin belə heç bir əhəmiyyəti yoxdur. Bu qərar vassalın növbəti şəhadətnaməsi oldu.

Ovik Abramyan Moskvadan qayıtmaya bilər, çünki o artıq Ermənistanın baş naziri kimi qayıtmayacaq".

Tarix
2016.04.12 / 23:47
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla