Yuxarı

ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”

Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə başladı. Əraziləri qeyri-qanuni zəbt olunması ilə müşahidə olunan münaqişədə 30 mindən çox insan həlak oldu. 1994-cü ildə atəşkəs bağlandı. Atəşkəsdən sonra bir neçə dəfə ciddi toqquşmalar yaşandı. 2000-ci illərə qədər münaqişədə güc balansı eyni idi. Lakin Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətində atdığı addımlar balansı Bakının xeyrinə dəyişdi.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Vaşinqton revyü" nəşri yazıb.

Məqalədə bildirilir ki, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabında ordunu ən müasir silahlarla təchiz edib:

"Hətta neftin qiymətinin aşağı düşməsi də orduya ayrılan vəsaitə ciddi təsir etməyib".

Qarabağda son toqquşmalara toxunan nəşr problemdə Rusiya faktorunu xüsusi qabardır. Lakin onu da qeyd edir ki, artıq əksər ölkə bu məsələdə Azərbaycanı dəstəkləyir.

"Türkiyə, Pakistan, İsrail, Ukrayna, Almaniya, ATƏT və Qərb ölkələri rəsmi Bakını dəstəkləyirlər. Rəsmi Bakı münaqişənin həllində bu dəstəkdən lazımınca yararlanır. Görünən odur ki, post-sovet məkanında digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu, münaqişəyə əlavə diqqəti cəlb edir", - məqalədə bildirilir.

Tarix
2016.04.13 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla