Yuxarı

Britaniya Folklend adalarından imtina etməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Folklend adalarından imtina etməyəcək

Böyük Britaniyanın hökuməti Çaqos arxipelaqının Mavrikiyə verilməsi fonunda Folklend adaları üzərində suverenliyindən imtina etmək planları yoxdur.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Folklend adalarının qubernatoru Elison Bleykin bəyanatında deyilir.

“Başa düşürəm ki, Folklend adaları sakinlərində Folklend adalarına münasibətdə oxşar hərəkətlərin mümkünlüyü ilə bağlı narahatlıqlar yarana bilər. Mən əmin etmək istərdim ki, Çaqos arxipelaqı və Folklend adalarının hüquqi və tarixi kontekstləri çox fərqlidir”, – məlumatda qeyd olunub.

“Britaniya nazirləri Çaqos arxipelaqının Mavrikiyə qaytarılması ilə bağlı danışıqlar prosesi boyunca aydın şəkildə bildiriblər ki, Böyük Britaniya digər dənizaşırı ərazilərin suverenliyini təhlükə altına ala biləcək heç bir şeyə razı olmayacaq. Böyük Britaniya hökuməti Folklend adaları sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu qorumağa sadiq qalır”, – Bleyk vurğulayıb.

Qeyd edək ki, Britaniya Çaqos arxipelaqını Mavrikinin suverenliyi altına qaytarmağa razılıq verib.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend (Malvin) adaları təxminən iki əsrdir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsi predmetidir. 2013-cü ilin mart ayında arxipelaq sakinlərinin əksəriyyəti referendumda ərazinin Birləşmiş Krallığın mülkiyyətində qalmasına səs verib. Argentina referendumun nəticələrini tanımayıb.

Tarix
2024.10.04 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla