Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı
16:26
Ana səhifə Planet |
10:11
Böyük Britaniya hökuməti Gürcüstan hakimiyyətinin hərəkətləri səbəbindən nazirlər səviyyəsində Tiflislə Uordrob dialoqunu dondurmaq və iki ölkənin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bunu Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord deyib.
“Gürcüstan hakimiyyətinin hərəkətləri səbəbindən 10 ildə ilk dəfə Britaniya tərəfi olaraq illik Uordrob Yüksək Səviyyəli Nazirlər Dialoqunu dondurmaq qərarına gəldik. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib. Biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - səfir bildirib.
Tarix
2024.10.15 / 10:23
|
Müəllif
Axar.az
|