Yuxarı

Qaqriyan Sərkisyan rejiminin sarsıntısını yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaqriyan Sərkisyan rejiminin sarsıntısını yazdı

Orduda zabitlər və əsgərlər arasında narazılıqlar açıq-aydın görünür. Hətta döyüş zamanı dövlət tərəfindən cinayətlərin işlənilməsinin şahidi olduq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Lragir.am xəbər portalının baş redaktoru, politoloq Aykazn Qaqriyan çıxış edib. Baş redaktorun sözlərinə görə, xalqın suallarına cavab verilməlidir:

"Xalq hakimiyyətə suallar ünvanlayır: Niyə aprel müharibəsində hərbçilər birgə hərəkət etmirdilər? Niyə erməni qüvvələrinin əks-hücumu yox idi? Niyə əsgərlər elementar inventar və imkanlardan məhrum edilmişdilər? Kim təhlükəsizlik və müdafiə üçün nəzərdə tutulmuş vasitələri oğurladı? Onlar kimlərin ciblərinə getdi?"

Qaqriyan qeyd edib ki, Təhlükəsizlik Şurasında izahat verən müdafiə nazirini cəbhə yox, şəxsi karyerası maraqlandırır:

"Dördgünlük müharibə ilə bağlı Təhlükəsizlik Şurası (TŞ) iclas keçirdi, Müdafiə naziri Seyran Ohanyan da dəvət edilmişdi. İclasdan sonra brifinqdə jurnalistlərə nələrin müzakirə edildiyi barədə məlumat verilmədi. Budur - TŞ toplanır, Ohanyanı dəvət edir, ondan cəbhədəki vəziyyətlə bağlı məlumat alırlar. Bu, gülməli səslənir. Onu cəbhə yox, şəxsi taleyi maraqlandırır. Sadəcə olaraq, fraksiya rəhbəri Vaqram Baqdasaryan jurnalistlərə açıqlamasında yalnız onu dedi ki, Seyran Ohanyan cəbhədəki vəziyyət barədə məlumat verdi. Sərksiyan əhəmiyyətli məsələləri bölüşmək vərdişinə sahib deyil. TŞ haqqında heç nə demirəm. Bəlkə, TŞ ilə hansısa bir problemlər yarandı, ya TŞ təhlükə hiss etdi?"

Politoloq ölkə rəhbərliyinin bir-birinə zidd davranışlarını biabırçılıq adlandırıb:

"Son günlərdə ölkənin hərbi-siyasi rəhbərliyinin bir-birinə zidd davranışını nəzərə alsaq, onu deyə bilərik ki, bu biabırçılıqdır. Rəhbərlik erməni tərəfinin əks-hücuma keçdiyini, itirilmiş mövqelərin geri qaytarıldığını bildirirdi, nəticə nə oldu? Bundan başqa, erməni tərəfi hətta siyasi mövqelərindən, bəyanatlarından da geri çəkildi. Son günlərdə siyasi və hərbi rəhbərlik ziddiyyətli məqamları gizlətməyə çalışır. Görünən odur ki, hakimiyyət hələ də ilk günün şokundan ayılmayıb".

Tarix
2016.04.19 / 00:37
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla