Yuxarı

Kim Çenin ordusu Ukraynaya girsə, NATO-nun cavabı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə görünməsi NATO-nu öz qoşunlarını onun müdafiəsinə göndərməyə məcbur etməyəcək, lakin bu, tərəfdaşlarını Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa sövq edə bilər.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon deyib.

O hesab edir ki, Pxenyanın Rusiyaya hərbi personal göndərmək qərarı ölkəni Ukraynaya qarşı genişmiqyaslı müharibənin iştirakçısına çevirir:

"Bu, NATO-nu quru qoşunları gətirməyə təşviq edəcəkmi? Hesab edirəm ki, hazırda bu, çətindir".

Analitikin fikrincə, buna cavab olaraq Şimali Atlantika Alyansına üzv ölkələr Ukrayna ordusuna Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməyə icazə verə bilər:

"Əgər Şimali Koreyanın qoşun yeritməsi Qərbi Prezident Zelenskiyə Rusiyanı vurmaq icazəsi verməyə məcbur etməsə, onda nə edəcəyini bilmirəm".

Tarix
2024.10.22 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

Prezident Aleksandr Vlaskampı qəbul etdi

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla