Yuxarı

Qasım Süleymani vali təyin edildi, etiraz başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmedianın Tehrana vali təyin edilməsindən sonra digər kürd əsilli şəxsin - Qasım Süleymaninin onun yerinə vali təyin edilməsi ilə bağlı təklif azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir mövzu ilə bağlı müsahibəsində əyalətin idarəedilmə siyasətini tənqid edib.

O, Qərbi Azərbaycan əyalətindən İran parlamentinə göndərilən kürd əsilli nümayəndənin öz adamları olan Qasım Süleymaninin vali təyin edilməsində rol oynadıqlarını deyib.

Qeyd edək ki, Qasım Süleymani Qərbi Azərbaycan əyalətinin Bukan şəhərinin Daşbənd kəndində kürd ailəsində anadan olub. Onun Məhəmməd Sadiq Mötəmedianın yerinə vali gətirilməsi təklif edilir. Bu isə yerli azərbaycanlıların narazılığına səbəb olub.

Tarix
2024.10.22 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

Mərənddə güclü qar yağdı, yollar bağlandı

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla