Yuxarı

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vəzifəli şəxs cərimələndi

Morning Star Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Axar.az-a Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 4 şəxsin rayon ərazisində müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

"Eyni zamanda Cəmiyyətin direktoru Xaspolad Hüseynov barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min 500 manat məbləğində inzibati cərimə edilib", - məlumatda qeyd olunub.

Tarix
2024.10.22 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla