Yuxarı

Putin inkişafdan danışdı, Modi Ukraynadan – Görüş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Axar.az xəbər verir ki, Kazanda başlayan BRİKS sammiti çərçivəsində keçirilən görüşdə Rusiya-Hindistan ikitərəfli münasibətləri müzakirə olunub.

“Biz mütəmadi olaraq telefonla məlumat mübadiləsi aparırıq. Kazanda biz BRİKS-in fəaliyyətinin daha da təkmilləşdirilməsinə və onun çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm qərarlar qəbul etməliyik”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya-Hindistan münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq xarakteri daşıyır və fəal inkişafa davam edir.

Modi çıxışında iki ölkə arasındakı əlaqələrdən məmnunluğunu ifadə edib. Ukraynadakı müharibədən danışan Hindistanın baş naziri bildirib ki, bu münaqişə sülh yolu ilə həll edilməlidir və onun ölkəsi mümkün yardımı göstərməyə hazırdır.

Tarix
2024.10.22 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər azərbaycanlı nazir müavini ilə görüşdü

İki nəfərin boğulduğu tuneli kim tikib? - Foto

Bəyan edirik: Azərbaycana hücum olmayacaq - Paşinyan

Azərbaycan və Türkiyə hərbi əlaqələri müzakirə etdi

XİN-dən fransalı nazirə cavab...

AB-dən Bakı və İrəvana çağırış: COP29 tarixi fürsətdir!

Baydendən Paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla