Yuxarı

Baydendən Paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişi üzərində işi başa çatdırmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Bildiyiniz kimi, sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, müdriklik və kompromis tələb edəcək. Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçdiniz və mən sizi bu il müqaviləni başa çatdırmağa çağırıram”, - Bayden məktubda bildirib.

Bayden Paşinyanı əmin edib ki, ABŞ çoxəsrlik münaqişəyə nəhayət son qoyacaq uzunmüddətli və şərəfli sülh sazişini dəstəkləməyə hazırdır.

“Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən sülh sazişi təkcə erməni xalqına təhlükəsizlik və stabillik gətirməyəcək, həm də bütün Cənubi Qafqaz regionunu dəyişəcək”, - deyə Bayden vurğulayıb.

Tarix
2024.10.22 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər azərbaycanlı nazir müavini ilə görüşdü

İki nəfərin boğulduğu tuneli kim tikib? - Foto

Bəyan edirik: Azərbaycana hücum olmayacaq - Paşinyan

Azərbaycan və Türkiyə hərbi əlaqələri müzakirə etdi

XİN-dən fransalı nazirə cavab...

AB-dən Bakı və İrəvana çağırış: COP29 tarixi fürsətdir!

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla