Yuxarı

Rusiyalı jurnalist oteldə ölü tapıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı jurnalist İnessa Papernaya və onunla birlikdə olan kişi Daşkənddə mehmanxana otağında ölü tapılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya vətəndaşları 1979-cu il təvəllüdlü Maksim Radçenko və 1977-ci il təvəllüdlü Papernaya İnessa Viktorovna Mirabad rayonunda yerləşən mehmanxanada ölüblər.

Məhkəmə-tibb ekspertləri ölümün səbəbinin “naməlum etiologiyalı zəhərlənmə” olduğu qənaətinə gəliblər.

Baş Prokurorluqdan bildirilib ki, müstəntiqlər faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən işlərin görülməsi və ya xidmət göstərilməsi” maddəsi ilə cinayət işi açıblar.

Bundan başqa, 1976-cı il təvəllüdlü Özbəkistan vətəndaşı həmin otelin digər otağının hamamında ölü tapılıb. Araşdırma müddətində otel bağlanıb.

“Baza” Telegram kanalının məlumatına görə, “Lenta” nəşri və “Profil” jurnalında çalışan jurnalist İnessa Papernaya Özbəkistana tətilə gedibmiş.

Resursun məlumatına görə, oktyabrın 20-də axşam saatlarında “Karaman Palace” otelinin işçiləri jurnalisti və onun yoldaşını öz otağında həyat əlamətləri olmayan halda tapıblar.

İlkin versiyaya görə, ölümə hovuz təmizləndikdən sonra otelin havalandırma sisteminə daxil olan qazdan zəhərlənmə səbəb olub.

Tarix
2024.10.22 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər azərbaycanlı nazir müavini ilə görüşdü

İki nəfərin boğulduğu tuneli kim tikib? - Foto

Bəyan edirik: Azərbaycana hücum olmayacaq - Paşinyan

Azərbaycan və Türkiyə hərbi əlaqələri müzakirə etdi

XİN-dən fransalı nazirə cavab...

AB-dən Bakı və İrəvana çağırış: COP29 tarixi fürsətdir!

Baydendən Paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

Ümid edirik ki, yaxında Bakı və İrəvan... - BMT rəsmisi

Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman

Zakir Həsənov Qırğızıstana getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla