AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili
17:44
Ana səhifə Planet |
Qədim Roma dövründə tikilmiş bənd İspaniyanın Almonasidi de la Kuba şəhərini daşqından xilas edib.
Axar.az xəbər verir ki, bu barədə “El Espanyol” nəşri məlumat verib.
“Hadisə yerindən çəkilmiş kadrlar göstərir ki, Almonasid de la Kubadakı Roma bəndi inşasından təxminən 2000 il sonra da effektivdir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bəndin konstruksiyası digər İspaniya şəhərlərinin məruz qaldığı tələfat və dağıntıların qarşısını alaraq, su axınlarını məskunlaşan ərazidən uzaqlaşdırmağa imkan verib. Nəticədə Almonasid de la Kubada heç bir zərər qeydə alınmayıb.
Qeyd edək ki, bənd bizim eranın I əsrində Roma imperatoru Avqustun dövründə inşa olunub.
Tarix
2024.11.03 / 17:39
|
Müəllif
Axar.az
|