Yuxarı

Qazaxıstanda etiraz aksiyaları davam edir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda etiraz aksiyaları davam edir - Foto

Tenqenin devalvasiyası Qazaxıstanın bir neçə şəhərində kütləvi etiraz mitinqlərinə səbəb oldu.

Məlumata görə, Astana və Almatıda mitinqə 1000-1200 adım çıxıb. Bir neçə il qabaq neftçilərin etiraz aksiyasının yatırıldığı Janaozen şəhəri də ayağa qalxıb və etiraz mitinqinə 100-ə yaxın adam çıxıb. Etirazçılar milli valyutanın sərt devalvasiyasını gerçəkləşdirmiş Qazaxıstan Milli Bankının başçısının istefasını tələb edirlər.

Rəsmilər 30 nəfərin saxlandığını bildirir. Amma "Xvilі"nin mənbəsinin məlumatına görə, tutulanların sayı 150 nəfərə çatır. Hazırda Astana və Almatı şəhərlərinə silahlı qüvvələr yeridilib.

Qazaxıstan Milli Bankı 11 fevralda tenqenin mübadilə kursunun əvvəlki (150 tenqe/$1+/-3%) səviyyəsində saxlamaqdan istina edib. Həmçinin maliyyə bazarında təlatümün olmaması üçün tenqenin məzənnə dəyişməsi üçün yeni dəhliz (185 tenqe/$1+/-3%) müəyyən edilib. Yanvar ayında Qazaxıstan Milli Bankının toplam beynəlxalq ehtiyatları 0,65% azalaraq $24,519 mlrd.-a düşüb (ANS).

Tarix
2014.02.16 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla