Yuxarı

İranlı jurnalist Xameneiyə etiraz olaraq özünü öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist və ictimai fəal Kiyanuş Səncəri hökumətin fəallara qarşı repressiyalarına etiraz olaraq intihar edib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

"Çərşənbə günü axşam saatlarına kimi Fatimə Sepehri, Nəsrin Şakərəmi, Tomac Salehi və Arşam Rzayi sərbəst buraxılmasalar, Əli Xamenei və müttəfiqlərinin diktaturasına etiraz əlaməti olaraq həyatıma son qoyacağam", - Kiyanuş Səncəri intihar etmədən bir neçə saat əvvəl özünün sosial media hesabında etdiyi paylaşımda yazıb.

Qeyd edək ki, Səncəri bundan əvvəl 2000-ci ildə, 17 yaşında etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib və bir neçə ay təkadamlıq kamerada saxlanılıb.

O, bundan sonra da "hökumət əleyhinə təbliğat", "milli təhlükəsizliyə zərbə vurmaq", "tələbə hərəkatına üzv olmaq" və başqa ittihamlarla 9 dəfə həbs edilib.

Kiyanuş Səncəri təzyiqlərə görə 2008-ci ilin yayında ölkəni tərk edib və 8 il ABŞ-da yaşadıqdan sonra 2016-cı ilin oktyabrında İrana geri dönüb.

Jurnalist İrana qayıtdıqdan sonra dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

Tarix
2024.11.14 / 12:57
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

İmamoğlunun Bakı səfərində diqqətçəkən məqam

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN

COP29-da danışıqlar prosesində irəliləyişlər var

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdü

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla