Yuxarı

Ermənistanda kütləvi istefaların səbəbi - Paşinyan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda kütləvi istefaların səbəbi - Paşinyan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini istəməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

"Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, bir sıra yüksək vəzifəli məmurun tutduqları vəzifələrdən uzaqlaşdırılmasını xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim kimi, sistemlidir", - Paşinyan qeyd edib.

O, həmçinin əlavə edib ki, adları çəkilən məmurların dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib.

Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan ötən gün istefa ərizəsi yazıb. Bu gün isə onlara Ermənistan Ali Məhkəmə Şurasının sədri də qoşulub.

Tarix
2024.11.18 / 11:44
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla