Yuxarı

Lavrov “Böyük”lərə meydan oxudu: Doktrinaya baxın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Sergey Lavrovun çıxışı və bəyanatlarından əsas tezislər paylaşılıb.

Axar.az xəbər verir ki, Lavrov həmin gün (19 noyabr – red.) Putinin nüvə doktrinasını imzalamasını xüsusi olaraq vurğulayıb.

“Bu gün biz rəsmi olaraq nüvə doktrinasını dərc etdik. Orada hər şey öz təsdiqini tapıb, prezidentin (Putinin) bir ay əvvəl ictimaiyyətə açıqladığı şeylər artıq qanunla təsdiqlənib. Ümid edirəm ki, onlar bu doktrinanı oxuyacaqlar”, - o bildirib.

Lavrov Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı ardıcıl mövqeyini təsdiqləyib və qeyd edib ki, bu, Sovet dövründən, Mixail Qorbaçov və Ronald Reyqanın nüvə müharibəsində qalibin ola bilməyəcəyini bəyan etdiyi vaxtdan bəri dəyişməz qalır:

“Biz nüvə silahını müstəsna olaraq çəkindirmə vasitəsi hesab edirik və nüvə münaqişəsinə yol verməmək prinsipinə ciddi əməl edirik”.

O, həmçinin deyib ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Qərbə məlum olmayan heç bir yenilik yoxdur və bu cür sənədlər üçün müəyyən edilmiş beynəlxalq standartlara cavab verir.

Rusiya XİN rəhbəri Ukraynadakı münaqişənin həllinə yönəlmiş sülh təşəbbüslərini dəstəklədiyini də xatırladıb:

“Məqsədlərinin müharibə deyil, sülh olduğunu bəyan edənləri dəstəkləməyə hər zaman hazırıq. Bu, layiqli mövqedir, biz bunu yüksək qiymətləndiririk”.

Sammitin əsas mövzularından biri beynəlxalq strukturlarda islahatların aparılması zərurəti olub. Lavrovun sözlərinə görə, Qlobal Cənub ölkələrindən gələn nümayəndə heyətlərinin əksəriyyəti Qərb ölkələrinin qlobal təsisatlarda üstünlüyünə işarə edərək, bərabərsizliklə mübarizəyə çağırıblar.

Tarix
2024.11.21 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qratsdakı məktəbdə terrakt törədən ermənidir? - Foto

Əsədov Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - Foto

Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

İrəvan Qarabağa görə Bakıdan üzr istəyəcək

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

Erməni qadından gözlənilməz etiraf: Orada azərbaycanlılar...

Kanada ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla