Yuxarı

Gürcüstanın baş naziri və spikeri bu şəxslər olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın baş naziri və spikeri bu şəxslər olacaq

15:25

İrakli Kobaxidzenin namizədliyi yenidən Gürcüstanın baş naziri vəzifəsinə irəli sürülüb.

Axar.az xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın iclasından sonra keçirilən brifinqdə deyib.

“Bildiyiniz kimi, bizim nizamnaməyə əsasən, partiyanın fəxri sədri baş nazir postuna namizəd irəli sürmək hüququna malikdir. Yəqin ki, bu, heç kim üçün gözlənilməz deyil: Bidzina İvanişvili İrakli Kobaxidzeni baş nazir vəzifəsinə namizəd olaraq təqdim edib. Təbii ki, bu təklif siyasi şura tərəfindən tam dəstəklənib”, - Mdinaradze bildirib.

Onun sözlərinə görə, qanunverici orqanın hazırkı rəhbəri Şalva Papuaşvili də parlamentin spikeri vəzifəsinə namizəd olacaq.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 53,93% səslə qalib gələrək, 150 yerlik parlamentdə 89 mandat əldə edib.

Tarix
2024.11.21 / 16:15
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla