Yuxarı

Köçəryana qarşı yeni ittiham irəli sürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryana qarşı yeni ittiham irəli sürüldü

Ermənistanın Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryanı (1998-2008) və Ermənistan ordusu Baş Qərargahının sabiq rəisi, KTMT-nin keçmiş baş katibi, eləcə də İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturovu vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlığa görə ağır nəticələrə səbəb olmaqda ittiham edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşmaların baş verdiyi, 10 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrdən gedir. Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi artıq bu cinayət işi üzrə təqsirləndirilib, onlara qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı irəli sürülüb, lakin Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ildə bu qərarın Konstitusiyaya zidd olduğunu bildirib.

Bu ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.

Sabiq prezidentin özü jurnalistlərə açıqlamasında bu məhkəmə prosesini "ədalətə qarşı zorakılıq" kimi qiymətləndirdiyini bildirib.

Tarix
2024.11.28 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla