Yuxarı

Tokayev Qazaxıstana "rusdilli" deyən Putini pərt etdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev Qazaxıstana "rusdilli" deyən Putini pərt etdi - Video

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə yönəlmiş dolayısı jesti sosial mediada geniş rezonans doğurub.

Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, hadisə Rusiya prezidentinin Qazaxıstana səfəri zamanı baş verib.

Putin çıxışı zamanı Qazaxıstanın “demək olar ki, tamamilə rusdilli ölkə” olduğunu iddia edib. Bu açıqlama Tokayevin gözlənilməz və qətiyyətli reaksiyası ilə yadda qalıb.

Tokayevdən rus dilinə “zərif cavab”

Putinin çıxışında rus dilini vurğulamasına baxmayaraq, Tokayev öz çıxışını qazax dilində edib. Qazax liderinin bu jesti Rusiya tərəfdarları üçün xoşagəlməz sürpriz olub. Zalda oturan rus nümayəndələr dərhal qulaqcıqlarını axtararaq tərcümə vasitələrindən istifadə etməyə məcbur qalıblar. Bu, Tokayevin qazax dilinə üstünlük verərək ölkəsinin milli kimliyini qəti şəkildə vurğulaması kimi qəbul edilib.

Milli kimlik və diplomatik mesaj

Tokayevin bu jesti Rusiya-Qazaxıstan münasibətləri fonunda dərin bir siyasi mesaj kimi qiymətləndirilir. Qazaxıstan liderinin doğma dilində danışması, ölkənin milli kimliyini və suverenliyini vurğulamaqla yanaşı, Putinin “rus dili üstünlük təşkil edir” yanaşmasını dolayısı ilə tənqid kimi şərh olunub.

Qazaxıstanda rus dilinin geniş istifadə olunmasına baxmayaraq, Tokayevin bu addımı ölkədə dövlət dilinin – qazax dilinin mövqeyini gücləndirmək cəhdləri ilə uyğunlaşır.

Rusiya üçün diplomatik siqnal

Analitiklərə görə, Tokayevin bu hərəkəti yalnız dil məsələsinə toxunmaqla məhdudlaşmır. Bu, Qazaxıstanın Rusiya qarşısında öz müstəqil mövqeyini qoruyub saxladığını və heç bir xarici təsirə boyun əyməyəcəyini nümayiş etdirir.

Tokayevin bu addımı Rusiya ilə münasibətlərdə balanslı siyasət yürütmək istəyən Qazaxıstan rəhbərliyinin niyyətlərini bir daha təsdiqləyir. Qazaxıstanın milli maraqları fonunda atılan bu addım, ölkənin beynəlxalq miqyasda daha müstəqil və özünəinamlı mövqe sərgiləməsinə işarədir.

Sosial mediada reaksiyalar

Hadisənin görüntüləri sosial mediada geniş yayımlanaraq müxtəlif şərhlərə səbəb olub. İstifadəçilərdən biri yazıb:

“Tokayev, Putin qarşısında Qazaxıstanın milli iradəsini nümayiş etdirdi. Bu, həqiqətən liderlikdir!”

Başqa bir istifadəçi isə Tokayevin jestini belə qiymətləndirib: “Diplomatik incəliklə verilmiş bir zərbə!”

Bu hadisə Qazaxıstan-Rusiya münasibətləri fonunda Tokayevin müstəqil siyasətinə dair yeni bir səhifə açır.

Tarix
2024.11.29 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla