Yuxarı

FİFA-da qalmaqallı Ukrayna xəritəsi: Məmmədov cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA-da qalmaqallı Ukrayna xəritəsi: Məmmədov cavab verdi

Ukrayna Futbol Federasiyası (UAF) Krımın Rusiya ərazisi kimi təsvir olunduğu dünya xəritəsinin nümayişi ilə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib.

Axar.az Fanat.az-a istinadla xəbər verir ki, hadisə iki gün əvvəl Sürixdə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin püşkatma mərasimi zamanı baş verib.

Beynəlxalq qurum artıq şikayəti cavablandırıb. Ukrayna Futbol Federasiyasının mətbuat xidməti aldıqları cavab məktubunu dərc edib.

"Sözügedən infoqrafik xəritə üçüncü tərəf xarici xidmət provayderi tərəfindən hazırlanıb. Problemi aşkar etdikdən sonra biz dərhal vəziyyəti həll etmək, o cümlədən şəklin dövriyyədən çıxarılması üçün addımlar atdıq. Bundan əlavə, gələcəkdə belə səhvlərin baş verməməsi üçün daxili təhlillər aparırıq. Biz bu məsələnin həssaslığını tam bilirik və hadisənin qəsdən baş verməməsinə baxmayaraq, onun vura biləcəyi hər hansı mənəvi zərərə görə səmimi qəlbdən təəssüflənirik", - FİFA-nın üzv assosiasiyalarla qarşılıqlı əlaqə şöbəsinin rəhbəri Elxan Məmmədovun imzaladığı məktubda qeyd olunub.

Tarix
2024.12.15 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla