Yuxarı

ABŞ-ın Yaxın Şərq uğursuzluğu - Rüşvət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Yaxın Şərq uğursuzluğu - Rüşvət

Son illərdə Suriya, Əfqanıstan və digər qaynar nöqtələrdə hərbi təhsil proqramları təşkil edən ABŞ qoyulan hədəflərə çata bilməyib. Bundan savayı, təhsil proqramlarının icrası zamanı rüşvət hallarına da rast gəlindiyi iddia edilir.

Axar.az xəbər verir ki, Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan "Breitbart Nyus" saytı bu barədə araşdırma aparıb.

Məqalədə qeyd olunur ki, Pentaqon Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin (ANDSF) inkişafı üçün son 10 ildə təxminən 70 milyard dollar xərcləyib. Ancaq buna baxmayaraq, ANDSF Talibanı dayandıra bilməyib.

ABŞ İraq ordusuna təlim keçmək məqsədi ilə indiyə qədər 25 milyard dollarından keçib. Lakin Qərb mütəxəssislərindən təhsil alan İraq ordu mənsubları sonradan Mosul və Ramadi kimi iki əhəmiyyətli şəhəri İŞİD-ə təhvil verib. Həmin vaxt təxminən min nəfər İŞİD üzvü 30 minlik İraq ordusunu məğlub edə bilmişdi.

"USA Tudey" isə bir qədər də qabağa gedərək ABŞ ordusunda rüşvətin yayıldığını iddia edib. Məlumata görə, 500 milyon dollarlıq bir proqramla İraqın 3 min döyüşçüsünə təlim keçməyi planlaşdıran Pentaqon 384 milyon dollar xərcləyərək cəmi 150 döyüşçüyə təlim keçib.

Pentaqonun uğursuz təlim proqramları Suriyada da davam edib. Mülayim müxalifət üçün təşkil olunan 2 ayliq təlimlər 42 milyon dollara başa gəlib. Ancaq təlimlər bitər-bitməz hərbçilərin yarısı Nüsrə Cəbhəsi tərəfindən əsir götürülüb.

Tarix
2016.05.03 / 18:07
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla